"Zirə", "Səbail" və "Sumqayıt"ın oyunları təxirə salındı

16:33 - 15 Yanvar 2019

Əlverişsiz hava şəraiti Azərbaycan Premyer Liqası klublarının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışına mane olur.

 

Sportal.az xəbər verir ki, daha üç elita təmsilçisinin yoxlama oyunu ləğv olunub. "Zirə"nin "Taraz" (Qazaxıstan), "Sumqayıt"ın "Jetısu" (Qazaxıstan" və "Səbail"in "Aqvital" (Macarıstan) klubuna qarşı yoxlama matçı təxirə salınıb. Buna Antalyada aramsız yağışın yağması səbəb olub.

 

Qeyd edək ki, daha öncə "Qarabağ"ın Rumıniyanın "Botoşani" klubu ilə matçı eyni səbəbdən ləğv olunmuşdu.

Xəbər xətti