Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Qarabağ" "Dalğa Arena"da İrlandiyanın "Dandolk" klubunu qəbul edib və 3:0 hesablı qələbə qazanıb.
Komandaların ilk matçı 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Qələbə sayəsində "Qarabağ" III mərhələdə adlayıb.
Ağdam klubu III raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.
"Dandolk" Avropa Liqasının III təsnifat mərhələsində Slovakiyanın "Slovan" klubuna rəqib olub.
31 iyul
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu
21:00 “Qarabağ” – “Dandolk” - 3:0
Qollar: Xayme Romero, 12, 87, Ailton Silva, 76
Baş hakim: Svein Oddvar Moen
Yan xətt hakimləri: Maqnus Lundberq, Isaak Elias Skieset Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad (hamısı Norveç)
Bakı. “Dalğa Arena”.
saytlarin hazirlanmasi