Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İrlandiyanın "Dandolk" klubunu qəbul edən "Qarabağ" matçın ilk hissəsində ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, oyunun 23-cü dəqiqəsində rəqiblə toqquşan Filip Ozobiç dizindən ciddi zədə alıb. İki dəqiqə sonra xorvatiyalı futbolçu meydanı tərk edib. Ozobiçin əvəzinə oyuna Dani Kintana daxil olub.
Qarşılaşmada "Qarabağ" 1:0 hesabı ilə qalib gəlir.
saytlarin hazirlanmasi