Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Sportal.az xəbər verir ki, Azərbaycanın turnirdə təmsil edən “Neftçi” ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi Rusiyanın “Arsenal” klubunu qəbul edib. 8-ci km stadionunda keçiriləcək qarşılaşmada "Neftçi" 3:0 hesablı qələbə qazanıb. Bu nəticə "ağ-qaralar"ı III təsnifat mərhələsinə yüksəlib.
"Neftçi" III raundda İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.
1 avqust
Avropa Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu
21:00 "Neftçi" – "Arsenal" - 3:0
Qollar: Rauf Əliyev, 49, Dario Frederiko, 89 (pen.), Mamadu Mboc, 90+3
Baş hakim: Alan Mario Sant (Malta)
İlk oyun – 1:0
saytlarin hazirlanmasi