"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubuna uduzduğu (0:3) cavab görüşündə müdafiəçisi İvitsa Juniç xoşagəlməz hadisə yaşadı.
Sportal.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində xorvatiyalı müdafiəçi komanda yoldaşı Rasim Ramaldanovla toqquşdu. Ramaldanovun yerə sərdiyi futbolçu dərhal ambulans maşınıyla xəstəxanaya aparıldı.
Almacıq sümüyü qırılan 30 yaşlı futbolçu Tbilisidə əməliyyat edilib. Juniç ən azı 2 ay yaşıl meydanlara ayaq basmayacaq.
Juniç "Qəbələ"yə bu yay Qazaxıstanın "Atırau" klubundan keçib.
saytlarin hazirlanmasi