Millidə daha bir itki: Mahirin əvəzinə Namiq Ələsgərov

14:14 - 7 Oktyabr 2019

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda (2:0) zədələnən Mahir Emreli millinin heyətindən çıxarılıb.

 

Onun əvəzinə “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.

 

Milli komanda oktyabrın 9-u Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Yığma oktyabrın 13-də AÇ-2020-nin seçmə mərhələsində Macarıstanın qonağı olacaq.

 

Daha öncə Səlahət Ağayev zədələndiyi üçün əvəzinə Mehdi Cənnətov milliyə dəvət almışdı.

 

Xəbər xətti