Premyer Liqanın 7-ci turunda "Sabah"la matçda zədələnərək oyunu erkən tərk edən "Qarabağ"ın hücumçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 22 futbolçunun ayaq bağlarında dartınma olduğu aşkarlanıb. Emrelinin təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Forvardın oktyabrın 24-ü Avropa Liqasının qrup mərhələsində APOEL-lə ev oyununa yetişəcəyi gözlənilir.
Mahir zədələndiyi üçün Azərbaycan millisinin toplanışına qatılmayıb.
saytlarin hazirlanmasi