Alvaro Ampuero: "Azərbaycanda yüksək səviyyəli bir çempionatla tanış oldum"

00:45 - 9 Oktyabr 2019

"Zirə"nin perulu futbolçusu Alvaro Ampuero depor.com-a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Azərbaycan çempionatının yüksək səviyyədə olduğunu deyib:

 

"Təəccübləndim. Azərbaycanda yüksək səviyyəli bir çempionatla tanış oldum. Çox yaxşı avropalı oyunçular var. Bu ölkənin komandaları Çempionlar Liqası və Avropa Liqasında çıxış edir. Mövsüm öncəsi Türkiyə klubları ilə oynayırıq. Bura tramplin rolunu oynaya bilər. Növbəti mövsüm Avropa Liqasına vəsiqə qazanmaq şansımız var. Ən güclü komanda "Qarabağ"dır və digər kollektivlər eyni səviyyədədir ".

 

Perulu futbolçu Azərbaycana öyrəşdiyini söyləyib:

 

"Dil məsələsi çox mürəkkəbdir. Düşünürəm ki, heç vaxt öyrənməyəcəyəm. Xoşbəxtlikdən klubda bizə çox kömək edən tərcüməçimiz var. Bu dildə bəzi sözləri bilirəm. Ən çox yayılanları, alış-verişə gedəndə sizi xilas edə biləcək şeyləri. Rus dilinə bənzəyir, çox çətindir. İngilis dilində bildiklərimlə gündəlik öhdəsindən gəlməyə çalışıram. Bundan əlavə yemək də fərqlidir. Buna baxmayaraq, dostumla hazırlaya biləcəyim bəzi şeylər var. Ünsiyyət barədə isə heç bir problemimiz yoxdur".

 

"Zirə" Ampueronu yayda Perunun "Universidad San Martin" klubundan 1 illik icarəyə götürülüb.

Xəbər xətti