Adil Şükürov "Zirə"yə qayıdır?

11:09 - 9 Oktyabr 2019

Samir Abasovun "Zirə"nin baş məşqçi postundan getməsindən sonra bir neçə mütəxəssisin adı qəsəbə təmsilçisi ilə hallandı.

 

Son olaraq "Şüvəlan"da çalışmış Adil Şükürovun da "Qartallar"ın "sükanı arxası"na keçəcəyi barədə məlumatlar var.

 

Sportal.az-a açıqlamasında 42 yaşlı mütəxəssis təklif almadığını bildirib:

 

"Mənimlə "Zirə"dən əlaqə saxlayan olmayıb. Təklif olsa? Əgər təklif gəlsə, şərtləri müzakirə edə bilərik. İndi hər hansı fikir bildirmək olmur. Bu komandaya bağlılığım olub. Hər bir qərar klub rəhbərliyinə məxsusdur. Seçimlərə hörmətlə yanaşmaq lazımdır".

 

Adil Şükürov 2015/16 mövsümündə "Zirə"ni çalışdırıb və komandanı Premyer Liqada 2-ci etmişdi.

Xəbər xətti