Qanalı hücumçu rəsmən "Zirə"də

19:51 - 10 Oktyabr 2019

"Zirə" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Riçard Qadzeni transfer edib. 25 yaşlı qanalı hücumçu ilə 1+1 illik müqavilə bağlanılıb.

 

Qadze daha əvvəl – 2017-ci ilin yanvarından 2018-ci ilin iyununa kimi "Zirə"də çıxış edib. O, sonuncu dəfə Rumıniyanın "Voluntari" klubunda oynayıb.

 

Xəbər xətti