AFFA milli üzvünün Fransaya buraxılmamasının səbəbini açıqladı

21:52 - 10 Oktyabr 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlını oktyabrın 8-i Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları Fransaya buraxmamışdı. 

 

Sportal.az xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan Bayramlı bu gün  AFFA-nın köməkliyi ilə Azərbaycana geri dönmək üçün Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yola düşüb.


Məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb. Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə, ötən mövsüm Latviyanın "Dauqavpils" klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır.

Xəbər xətti