21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olub. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk turda Lixtenşteynə uduzan (0:1) milli ikinci turda Slovakiya üzərində qələbə qazansa da (2:1), son oyunda Gürcüstana böyük hesabla məğlub olmuşdu – 0:3.
AÇ-2021-in seçmə mərhələsi
II qrup
10 oktyabr
Fransa – Azərbaycan - 5:0
Qollar: Odson Eduard, 2, 36, Dan-Aksel Zaqadu, 40, Hussem Auar, 52, Arno Norden, 76
saytlarin hazirlanmasi