Dmitri Nazarov Almaniya klubu ilə müqavilə imzaladı

13:58 - 11 Oktyabr 2019

Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi Almaniyanın "Aue" klubu ilə müqaviləni uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə bağlayıb.

 

Dima 2016-cı ildə "Karlsrue"dən "Aue"yə keçib. Milliləşdirilmiş futbolçu ilə yanaşı, Klemens Fendrixlə də yeni müqavilə bağlanıb

 

Klubun prezidenti Xelqe Leonxardt Nazarovun klubun gələcək strateji planlarının bir hissəsi olduğunu deyib: "Bu futbolçular ağılı, ruhu və keyfiyyəti ilə komandamıza uyğun gəlir. Onlar bunu gələcəkdə də sübut edəcəklər".

 

Komandanın baş məşqçisi Dirk Şuster Fendrix və Nazarov haqqında fikirlərini bildirib: "Onlar futbolçu keyfiyyətləri və təcrübələri ilə komandamızın əsas dirəyini təşkil edirlər. Şadam ki, qarşıdakı müddətdə də birgə çalışacağıq".

Xəbər xətti