Millinin düşərgəsindən xəstələndiyi üçün ayrılan futbolçu kazinoda yaxalandı - FOTO

13:13 - 13 Oktyabr 2019

“Lester Siti”nin futbolçusu Ceyms Meddison İngilərə yığmasının düşərgəsini xəstə olduğunu əsas gətirərək tərk etmişdi.

 

Sportal.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu millinin AÇ-2020-nin seçmə mərhələsində Çexiya ilə oyunu zamanı kazinoda olub.

 

Meddisonun yığmada debüt etmək imkanı olsa da, belə addım atıb. Poker masası arxasında olan gənc futbolçu milli komandadnın oyununu izləməyib.

 

İngiltərə millisi Praqada keçirilən görüşdə Çexiyaya 1:2 hesabı ilə uduzub.

 

Image result for james maddison

Xəbər xətti