Hollandiyalı hakim Azərbaycan millisindən üzr istədi

23:28 - 13 Oktyabr 2019

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçında hakim səhv qərarı ilə yadda qaldı.

 

Sportal.az xəbər verir ki, görüşü idarə edən hollandiyalı FIFA referisi Dennis Yohan Hiqler 90+3-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu qeydı almadı və yığma 0:1 hesabı ilə uduzdu.

 

Matçdan sonra hakim səhvini etiraf edib. Epizodun videoyazısına baxan hollandiyalı Azərbayvan millisinin baş məşqçisi Nikola Yurçeviçdən və komanda üzvlərindən verdiyi yanlış qərara görə üzr istəyib.

 

 

 

Xəbər xətti