Macarıstanlı futbolçu: "Azərbaycandan üzr istəməli deyilik"

10:57 - 14 Oktyabr 2019

Macarıstan millisinin futbolçusu İştvan Kovats AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçisi Azərbaycan millisinin qeydə alınmadığı qoluna münasibət bildirib:

 

"Xal itirməkdən və final mərhələsinə vəsiqə qazana bilməməkdən qorxurdum. Sevinirəm ki, bu, baş vermədi. Eşitdim ki, rəqib təmiz qol vurub, amma bu, bizim problemimiz deyil. Buna görə üzr istəməli deyilik. Bir neçə dəfə qol imkanım olsa da istifadə edə bilmədim. Yaxşı komandalar elə 1:0 hesabı ilə qalib gəlməyi bacarır”.

Xəbər xətti