"Əhəmiyyətli olan qalib gəlməyimizdir" - millini məyus edən futbolçu

11:01 - 14 Oktyabr 2019

Macarıstan millisinin futbolçusu Mihay Korhut AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, matçda yeganə qolun müəllifi olan 30 yaşlı müdafiəçi qələbəni belə şərh edib:

 

“Əhəmiyyətli olan qalib gəlməyimizdir. Dönən topları çox xoşlayıram, qol vurduğum üçün xoşbəxtəm. Sonda isə imkan verməməli olduğumuz şeylər baş verdi. Azərbaycan hətta qol da vurdu. Yekunda qələbə qazandığımız üçün sevinirəm”.

 

Oyunun 77-ci dəqiqəsində sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Korhut Uelsə görüşü buraxacaq. O, epizodu belə şərh edib: “Orada sarı vərəqlik bir şey olduğunu düşünmürəm. Çalışdırdım ki, xəbərdarlıq almayım. Çünki belə olan halda növbəti oyunu buraxacağımı biilirdim. Ancaq bunu qəbul etməliyəm. Hakimin qərarıdır, heç nə edə bilmərik. Splitdə Xorvatiyaya 0:3 hesabı ilə uduzdandan sonra ayağa qalxmağı bacardıq”.

Xəbər xətti