Uels millisində ciddi itki - Azərbaycana qarşı oynamayacaq

11:52 - 14 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsinin IX turunda Azərbaycanla qarşılaşacaq Uels millisi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, britaniyalılar Bakıda keçiriləcək qarşılaşmada yarımmüdafiəçi Co Allenin xidmətindən yararlana bilməyəcək.

 

29 yaşlı futbolçu Xorvatiya ilə oyunda (1:1) sarı vərəqə alıb. Bu, "Stok Siti"nin oyunçusunun seçmə mərhələdə 3-cü xəbərdarlığı olub.


Azərbaycan - Uels oyunu noyabrın 16-da keçiriləcək.

Xəbər xətti