AÇ-2020-nin seçmə mərhələsində Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək, final mərhələsinə yüksəlməyi bacaran Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis zəfəri şərh edib:
"Sözümün üzərində durdum. Bütün Ukraynanı təbrik edirəm. Avropa çempionatına yollanacağımıza dair söz vermişdim.
Kiyevə və bütün ukraynalılara dəstək üçün təşəkkür edirəm. Komandamız azarkeşlərin sayəsində son 15 dəqiqədə həyatda qaldı. Həm də jurnalistlərə minnətdaram.
Tək hədəf uğrunda çalışdıq. Bütün futbolçulara millinin qapılarını açdıq və necə çalışdığımızı göstərdik. Yığmaya gələn hər oyunçu sona qədər canı qoymağa hazırdır. Meydanda sona qədər savaşan 11 aslan var idi.
Asan deyildi. Üç il əvvəl bu işə başladıq və hər şeyi dəyişdirdik. Futbolçularıma təşəkkür edirəm. Meydanda şahmat oyunu olacağını futbolçulara dedim. Komandam müdafiədə yaxşı çıxış etdi. İndi futbolçuların yanına qayıtmalıyam. Şir ürəkli oğlanlarla üç illik əziyyətimizi qeyd etmək istəyirəm".
saytlarin hazirlanmasi