Azarkeşlər ingilisləri təhqir etdi, hakim oyunu iki dəfə dayandırdı

12:50 - 15 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində keçirilən Bolqarıstan - İngiltərə oyununda yerli fanatlar irqçi şüarlar səsləndirib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində irqçi şüarlar səsləndiyi üçün hakim oyunu iki dəfə saxlayıb.

 

Yerli fanatlar İngiltərə millisinin üzvləri - Tayron Minqslə Rahim Sterlinq topla olarkən meymun səsləri çıxarıb. Xorvatiyalı referi matçı saxlayan zaman Bolqarıstan millisinin kapitanı İvelin Popov tribunalara yollanıb. O, fanatlardan utandırıcı hərəkətləri etməməyi istəyib.

 

Qarşılaşmada İngiltərə millisi 6:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti