I Divizionun VII turu çərçivəsində “Kəpəz” “Qarabağ-2”ni 1:0 hesabı ilə məğlub edib.
Sportal.az Gəncə klubunun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, görüş 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyindən ev sahibi matça xüsusi hazırlaşıb.
Futbolçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıblar. Bundan başqa, meydanda böyük ölçülü üç rəngli Azərbaycan bayrağı açılıb.
Stadionda Azərbaycan Respublikasının Dövlət himnini hərbi orkestr ifa edib.
saytlarin hazirlanmasi