Bu gün Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə start verilib. İlk gündə VIII turun iki matçı keçirilib.
Sportal.az xəbər verir ki, lider “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Günün digər matçında “Keşlə” “Sabah”ı qəbul edib. Matçda qalib müəyyənləşməyib - 1:1.
Tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
19 oktyabr (şənbə)
“Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: Qismət Alıyev, 3 - İsmayıl İbrahimli, 9
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:00
“Keşlə” – “Sabah” - 1:1
Qollar: Vüsal İsgəndərli, 16 - Hendrik Ekşteyn, 90+2
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 19:15