Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
"Neftçi" öz meydanında "Zirə"ni 3:0 hesabı ilə məğlub edib. Günün digər matçında "Sumqayıt" "Səbail"ə səfərdə qalib gəlib - 2:0.
20 oktyabr (bazar)
Azərbaycan Premyer Liqası, 8-ci tur
“Neftçi” – “Zirə” - 3:0
Qollar: Dario Frederiko, 27, Baqali Dabo, 46, Stiven-Jozef Monroz, 77
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”, 17:00
“Səbail” – “Sumqayıt” - 0:2
Qollar: Peyman Babayi, 47, Elvin Cəfərquliyev, 90+4
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 19:30