Avropa Liqasının qrup mərhələsinin III turunda baş tutacaq “Qarabağ” - APOEL (Kipr) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı müəyyənləşib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov oktyabrın 23-ü 13:00-da matçın keçirləcəyi Tofiq Bəhramov adına Respbublika Stadionunda media mənsublarının önünə çıxacaq.
Komandanın son məşqi isə saat 17:00-da "Azersun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransı saat 18:15-də başlayacaq. 19:00-da Nikosiya klubunun futbolçuları Tofiq Bəhramov adına Respbublika Stadionunda oyun öncəsi son məşqə çıxacaq.
“Qarabağ” - APOEL oyunu oktyabrın 24-ü baş tutacaq. Matçın start fiti 20:55-də səslənəcək.
saytlarin hazirlanmasi