Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub.
Sportal.az xəbər verir ki, "Konyaspor" - "Yeni Malatyaspor" oyununda maraqlı hadisə baş verib. Meydan sahiblərinin qapıçısı Serkan Kırıntılı 20-ci saniyədə topu cərimə meydançasından kənarda tutduğu üçün qırmızı vərəqə alıb.
34 yaşlı qolkiper Türkiyə futbol tarixində ən erkən qırmızı vərəqə alan futbolçu olub.
"Yeni Malatyaspor" qapıçının səbəb olduğu cərimə zərbbəsini 4-cü dəqiqədə qola çevirib. Qonaqlar 53-cü dəqiqədə azlıqda qalan rəqibinə daha bir qol vurub və 2:0 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi