Avropa Liqasının qrup mərhələsinin III turunda sabah Kiprin APOEL klubunu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
"Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hər bir halda, hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək. Məcburuq ki, APOEL-ə ciddi yanaşaq".
Video: Qarabağ FK
saytlarin hazirlanmasi