"Qarabağ" APOEL-lə heç-heçə etdi - YENİLƏNİB

22:44 - 24 Oktyabr 2019

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi III turda Kiprin APOEL klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Bu komandalar cari mövsüm üçüncü dəfə qarşılaşıb. ÇL-in III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Nikosiyada 2:1 hesabı ilə qalib gəlsə də, evdə uduzmuşdu - 0:2.

 

UEFA Avropa Liqası, A qrupu, III tur


20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2

Qollar: Dani Kintana, 13, Ailton Silva, 58 - Maksim Medvedev, 29 (avtoqol), Linus Hallenius, 45

Baş hakim: Filip Qlovaya

Yan xətt hakimləri: Frantişek Ferents və Yan Pozor

Dördüncü hakim: Peter Zimba (hamısı Slovakiya)

Hakim-inspektor: Mixalis Kukulakis (Yunanıstan)

UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər xətti