“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

15:52 - 24 Oktyabr 2019

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, "Çempionlar yolu"nda mübarizə aparan Famil Xəlilovun komandası 1-ci mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşıb.

 

Oyun "qırımızı-qaralar"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Nikosiyada keçirilən ilk görüşdən 1:1 hesablı heç-heçə ilə qayıdan "Qəbələ"nin mübarizəni dayandırıb.

 

APOEL növbəti mərhələdə İspaniyanın "Saraqosa" klubu ilə qarşılaşacaq.

 

UEFA Gənclər Liqası. 1-ci mərhələ. Cavab oyunu

24 oktyabr

 

14:00. “Qəbələ” (Azərbaycan) – APOEL (Kipr) - 0:1

Qol: Yannis Satsias, 55
Hakimlər: Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.

Xəbər xətti