Jelko Sopiç: "Oyuna 7 dəqiqə əlavə edilməsi çox idi"

22:05 - 7 Fevral 2020

Azərbaycan Premyer Liqasında XVI turun “Sabah” – “Qəbələ” (3:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Jelko Sopiç jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Sevinirdəm ki, uzunmüddətli məğlubiyyət seriyasına son qoyduq. Oynamaq asan deyildi. Mənfi cəhət odu ki, “Qəbələ”nin ilk hücumundan sonra hesabda geri düşdük. Bütün futbolçuları təbrik edirəm. Çünki onlar geridönüş etmək üçün bacardıqları hər şeyi etdilər. Bizim üçün asan olmadı. Bu gün meydanda bəzi futbolçularımız komandaya gec qoşulublar. Amma mən inanıram ki, günbəgün daha yaxşı olacağıq.

 

- Komanda Azərbaycanda nadir müşahidə edilən sistem - 2 hücumçu ilə çıxış edirdi. Razı qaldız?
- Son 3 oyunda qol vura bilməmişdik. İndi iki mərkəız hücumçumuz var. Hər ikisi təcrübəli oyunçulardı. Amma hələlik tam ahzır deyillər. Meydanda nə etməli olduqlarını bilirlər. Gələcəkdə 2 və ya 1 hücumçu ilə oynaya bilərik. Bu, futbolçuların hazırlıq səviyyəsindən asılıdı. Bir şeyi əlavə etmək istəyirəm. Mən hakimlər haqqında danışmağı sevmirəm. Amma “Real Madrid”in “Real Sosyedad”la oyununa baxdım, 3 dəfə VAR-dan istifadə edildi, sonda cəmi 5 dəqiqə əlavə edilmişdi. Bu gün 7 dəqiqə artırılması çox idi. “Qəbələ”nin də, öz komandamın da futbolçularını təbrik edirəm. Hər iki tərəf əlindən gələnin 100 faizini meydanda qoydu.

Xəbər xətti