UEFA-nın baş fizioterapevti azərbaycanlı hakimlərə təlim keçdi

12:08 - 11 Aprel 2022

AFFA-nın Futbol akademiyasının meydançasında Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri üçün təlim keçirilib.

 

Sportal.az xəbər verir ki, UEFA-nın baş fizioterapevti Roman Jahoda tərəfindən təşkil olunan təlimin mövzusu “Zədələrin qarşısının alınması” olub. Təlimə AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik rəhbərlik edib.

Xəbər xətti