PSV-nin baş məşqçisi Rocer Şmidt növbəti mövsümdən Portuqaliyada çalışacaq.
Sportal.az xəbər verir ki, “Benfika” Şmidtlə danışıqlar aparıb və ilkin razılıq əldə edilib.
55 yaşlı mütəxəssis karyerası ərzində “Paderborn”, “Zalsburq”, “Bayer Leverkuzen”, “Beyjinq Qoan” klublarında işlədikdən sonra 2020-ci ildən PSV-ni çalışdırmağa başlayıb.
