Latviya çempionatında 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Asim Əlizadənin formasını geyindiyi "Dauqavpils" növbəti matçına çıxıb.
Onun komandası "Riqa" üz-üzə gəlib. Azərbaycanlı futbolçunun komandası son ölkə çempionu ilə 0:0 oynayıb.
Asim də bu oyunun iştirakçısı olub. O, 90+2-ci dəqiqədə meydana çıxıb.
Beş turdan sonra 5 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
