"Bavariya"nın prezidenti Herbert Hayner Tomas Müllerin klubda qalacağına inandığını bildirib.
Sportal.az xəbər verir ki, klub prezidenti tvitter səhifəsində Müller barədə bunları yazıb:
"Qəti şəkildə Müllerin “Bavariya”ya məxsus olduğunu və karyerasını bu klubda sona vuracağına inanıram”.
32 yaşlı forvard Münhen klubunun yetirməsidi və 2008-ci ildən əsas komandada oynayır.
