“Real”ın futbolçusu Marko Asnesio karyerasını İngiltərədə davam etdirməyə yaxındı.
Sportal.az “Sunday Mirror”a istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Tottenhem”in maraq dairəsindədi.
Futbolçunun agenti artıq London klubunun rəhbərliyi ilə danışıqlar aparır.
"Real" Asensionun transferindən 30 milyon avro qazanmaq istəyir. Futbolçu özü də Madridi tərk edərək İngiltərəyə yollanmaq niyyətindədi.
