"Olimpiakos" bütün maaşımı verməyib. FİFA-ya şikayət etmişəm onları. Getməmişdən də özlərilə görüşdüm, danışdım".
Bu sözləri Sportal.az saytına açıqlamasında Turan Manafov deyib.
Yunanıstanın "Olimpiakos"(Volos) klubunda icarə əsasında çıxış edən futbolçu artıq ölkəyə qayıdıb.
O, legioner həyatının uğurlu və ya uğursuz alınmasını bu cür qiymətləndirib: "Zədəm var, onu müalicə etdirirəm. Mövsüm sonuna qədər oynamayacam. Qaydalara görə belə olacaq. "Səbail"lə müqaviləm var. Qışa qədər onlarla müqaviləm qüvvədədi. Yunanıstan karyeram istədiyim kimi olmadı. Ancaq məndən asılı olmayan səbəblərdən belə alındı. Daha yaxşı və uğurlu olmasını istəyərdim. Bunu düşünüb getmişdim".
