"Liverpul"un və Niderland millisinin sabiq hücumçusu Dirk Kuyt boks yarışına qatılacaq.
Sportal.az xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.
Sabiq oyunçu kikboksçu Riko Verhuvenin təşkilatçılığı ilə keçirilən "Hit It" turnirində gücünü sınayacaq. O, ilk döyüşünü oktyabrda keçirəcək. Kuytun rəqibi hələ məlum deyil.
41 yaşlı keçmiş futbolçu karyerası ərzində "Liverpul", "Fənərbağça", "Feyenoord" kimi klublarda çıxış edib. O, Niderland yığmasında 104 oyun keçirib və 24 qol vurub.
saytlarin hazirlanmasi
