Namiq Ələsgərov: "Bəzi epizodlarda sanki tələsdim"

16:57 - 11 Aprel 2022

"Bursaspor"da çıxış edən azərbaycanlı futbolçu Namiq Ələsgərov "Kocaelispor" üzərində qələbədən (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi qol vurmaqda çətinlik çəkdiyini deyib:

"Sıralamaya görə bizim üçün vacib oyun idi. Mütləq qələbə qazanmalıydıq. Başqa düşüncəmiz yox idi. Şükürlər olsun ki, azarkeşlərimizin dəstəyi ilə qalib gəldik. Oyunda bəzi epizodlarda sanki tələsdim.

​Son vaxtlarda qol vurmaqda çətinlik çəkirəm. Bunun səbəbini bilmirəm. Bir qol vursam, davamı gələcək". 

Ələsgərov bu mövsüm 30 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Xəbər xətti