Argentina millisinin sabiq forvardı Karlos Tevezin marağında olan klubların sayı artıb.
Sportal.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, 38 yaşlı forvard bu dəfə də “Tottenhem”in transfer siyahısında yer alıb.
“Milan”ın da heyətinə qatmaq istədiyi təcrübəli hücumçu aprelin 16-da Antonio Konte ilə görüşəcək. Məhz həmin görüşdən sonra onun “Tottenhem”lə müqavilə imzalayıb-imzalamayacağı dəqiqləşəcək.
