"Messi "Barselona"ya qayıda bilər"

18:14 - 11 Aprel 2022

"Barselona"nın futbolçusu Dani Alveş sabiq komanda yoldaşı Lionel Messinin Kataloniya klubuna qayıtmasını istəyir.

Sportal.az xəbər verir ki, o, bu barədə İspaniya mətbuatına açıqlamasında söyləyib:

"Messi "Barselona"ya qayıda bilər. Niyə də olmasın? O, heç yerdə "Barselona"dakı kimi yaxşı ola bilməz. Ayrıldı və fərqli təcrübə yaşadı. İndi qayıtmaq vaxtıdır".

​Hazırda PSJ-də çıxış edən Messi 2005-2021-ci illərdə "Barselona"nın uğurları üçün çalışıb.

Xəbər xətti