"Barselona" tarixində ilk dəfə qeydə alındı

19:45 - 11 Aprel 2022

İspaniya Primerosunun 31-ci turunun “Levante” – “Barselona” matçında (2:3) kataloniyalıların qapısına üç penalti təyin edilib.

Sportal.az xəbər verir ki, Kataloniya klubunun tarixində ilk dəfə liqa matçında komandanın qapısına üç dəfə penalti zərbəsi təyin olunub.

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen penaltilərdən birini qaytara bilib.

“Barselona” “Levante”ni məğlub etməklə, xallarının sayını 60-a çatdırıb və turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti