Milli komandanın baş məşqçisi istefaya göndərildi

20:25 - 11 Aprel 2022

Futbol üzrə Misir milli komandasının baş məşqçisi Karlos Keyroş istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, məlumatı yerli federasiyanın mətbuat xidməti yayıb. 69 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Misir milli komandası DÇ-2022-nin pley-off matçında Seneqala məğlub olaraq mundialdan kənarda qalmışdı.

 

Qeyd edək ki, Karlos Keyroş 2021-ci ilin sentyabr ayında Afrika təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.

Xəbər xətti