"Real" müdafiəçisini itirdi

22:16 - 11 Aprel 2022

"Real"ın futbolçusu Xesus Valyexo koronavirusa yoluxub.

Sportal.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan müdafiəçinin səhhəti yaxşıdır və o, karantinə alınıb.

Qeyd edək ki, Valyexo bu mövsüm "Real"ın heyətində 3 oyunda meydana çıxıb.

Xəbər xətti