Braziliyada baş tutan "Nova Venesiya" - "Desportiva" matçında qalmaqal yaşanıb.
Sportal.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Rafael Soriano qadın yan xətt hakimini vurub.
Braziliya aşağı liqasının oyunu zamanı qonaqlar künc zərbəsi yerinə yetirərkən baş hakim Artur Qomes Rabelo ilk hissəni bitirib. Bu qərara əsəbiləşən Rafael Soriano meydanın içində baş verən mübahisə zamanı yan xətt hakimi Marsielli Nettoya kəllə vurub. Baş məşqçi qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Qarşılaşmadan sonra açıqlama verən Soriano hakimi vurmadığını bildirib: "Ona hücum etmədim. Yalan deyirlər. Əgər istəyirsə, polisə gedək. Qadın olduğu üçün bundan istifadə etmək istəyir. Onu məhkəməyə verəcəyəm".
"Desportiva" oyundan bir neçə saat sonra sonra yaydığı açıqlamada Rafael Sorianonu baş məşqçi postundan qovduğunu bildirib.
saytlarin hazirlanmasi
