"Mançester Yunayted"in futbolçusu Cessi Linqard karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin xidmətində "Yuventus", "Milan" və "Roma" maraqlıdır. Yayda müqaviləsi başa çatacaq futbolçu yeni klubuna azad agent kimi keçəcək.
Bu mövsüm 18 oyuna çıxan Linqard 2 qol və 1 assistə imza atıb.
