"Zalsburq"un futbolçusu Karim Adeyemi Almaniyaya köçməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Avstriya klubunun 20 yaşlı forvardı "Borussiya"ya keçə bilər. Dortmund klubunun rəsmiləri futbolçunun agenti ilə danışıqlara başlayıb.
"Borussiya"nın Adeyemi üçün "Zalsburq"a istədiyi məbləği ödəməyə hazır olduğu iddia edilir. Hücumçu bu mövsüm 38 oyunda 20 qol vurub, 4 məhsuldar ötürmə edib.
“Bavariya”nın yetirməsi hesab edilən forvard 2018-ci ildən “Zalsburq”da oynayır. O, “Lieferinq”də də icarə əsasında çıxış edib.
