Gürcüstan millisinin üzvü, uzun müddətdir ki, Avropanın top-klublarının transfer siyahısında yer alan Xviça Kvaratsxeliya “Napoli” ilə anlaşıb.
Sportal.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, gürcü futbolçu artıq tibbi müayinədən də keçib. 21 yaşlı futbolçunun neapollularla müqavilə şərtlərində razılıq əldə etdiyi də bildirilir.
O, “Napoli” ilə 5 illik müqaviləyə qol çəkəcək. “Rubin”dən ayrıldıqdan sonra “Dinamo”(Batumi) klubuna keçən Xviça “Napoli”də illik 1,5 milyon avro maaş alacaq ,
Xatırladaq ki, 21 yaşlı futbolçu millimizin veteran forvardı Badri Kvaratsxeliyanın oğludu.
