"Qarabağ"ın keçmiş futbolçusu Pedro Enrike Türkiyənin "Sivasspor" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı vinger karyerasını ölkəsində davam etdirəcək. Braziliyalı futbolçu "İnternasyonal" klubuna transfer olunub.
Məlumatı A Seriyası təmsilçisinin rəsmi saytı yayıb. Təcrübəli yarımmüdafiəçi "ağ-qırmızılar"la 2024-cü ilin yayınadək müqavilə imzalayıb.
Qeyd edək ki, Pedro Enrike 2017/18 mövsümündə "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 26 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
