ÇSKA-nın türkiyəli futbolçusu Yusuf Yazıcı Rusiya futbolunun tarixinə düşüb.
Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Premyer Liqada meydana çıxdığı ilk 6 oyunun hamısında qol vurub. Türkiyə millisinin üzvü bu matçlarda 8 dəfə fərqlənməyi bacarıb. O, Rusiya çempionatında mart və aprel aylarının ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Yusuf Yazıcı müqavilə ilə Fransanın "Lill" klubuna məxsusdur. O, mövsümün sonunadək icarə əsasında Moskva təmsilçisində çıxış edəcək.
saytlarin hazirlanmasi