Arteta Portuqaliya millisinin üzvünü istəyir

21:53 - 12 Aprel 2022

Yarımmüdafiə xəttini gücləndirmək istəyən "Arsenal"ın gündəmindəki oyunçu məlum olub.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Vulverhempton"da çıxış edən Ruben Neveşi heyətinə qatmaq istəyir. "Sky Sports"un məlumatına görə, "topçular"ın baş məşqçisi Mikel Arteta rəhbərlikdən 25 yaşlı yarımmüdafiəçinin transfer edilməsini istəyib.

 

"Vulverhempton" Portuqaliya millisinin üzvünü 60 milyon avrodan aşağı qiymətə satmağı düşünmür. Tərəflər arasında danışıqlar davam edir.

 

Ruben Neveş cari mövsümdə "Vulverhempton"un heyətində meydana çıxdığı 31 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Premyer Liqa klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına kimidir.

Xəbər xətti