U-21 yığmamızın oyunlarının stadionu müəyyənləşdi

10:15 - 13 Aprel 2022

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Sportal.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv iyunun 3-də, Parnu şəhərindəki “Parnu Rannastaadion”da Estoniya, iyunun 7-də isə Helsinkidə, “Helsinki Football Stadium”da Finlandiya yığması ilə qarşılaşacaq.

​Estoniya ilə oyun 20:00-da, Finlandiya yığması ilə qarşılaşma isə 17:00-da başlayacaq.

Xəbər xətti